EN

Martın ilk günündə hava necə olacaq?

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalıvar.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumataəsasən, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0 dərəcədən 2 dərəcəyədək, gündüz 3dərəcədən 5 dərəcəyədək olacaq.Atmosfer təzyiqi 766 mm civəsütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 %təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılıolacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivolacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0 dərəcədən 4 dərəcəyədək, gündüz 4dərəcədən 7 dərəcəyədək, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıqərazilərdə -10 dərəcədən -15 dərəcəyədək, gündüz 0 dərəcədən -5dərəcəyədək olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buzbağlayacağı ehtimalı var.

Chosen
14
38
az.trend.az

10Sources