Martın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Bu barədə "Cebheinfo.az"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-85 %, gündüz 60-70 % olacaq.
"Cebheinfo.az"