EN

İran Qətər, Bəhreyn, Küveyt və BƏƏ-dəki ABŞ hərbi bazalarına zərbə endirib - Yenilənib 

İran Qətər, Bəhreyn, Küveyt və BƏƏ-də yerləşən ABŞ hərbi bazalarına zərbə endirib...

Poliqon bu barədə “Fars” agentliyi məlumat yayıb.

***

Bəhreyndə ABŞ-ın 5-ci donanmasının qərargahı hədəf alınıb.

Poliqon Al Jazeera“ telekanalına istinadən xəbər verir ki, bu barədə Bəhreyn rəsmiləri bildirib.

***

Bəhreyndə partlayış səsləri eşidilib.

Bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, həyəcan siqnalları işə düşüb.

ABŞ-ın Bəhreyndəki bazasına zərbə endirildiyinə dair məlumatlar var. Lakin hələlik bu barədə rəsmi məlumat yoxdur.

Bundan başqa, Qətərin hava məkanını bağladığı bildirilir. (APA)

Poliqon.info
 
 
 

Chosen
9
1
poliqon.info

7Sources