EN

BMMT-nin Baş katibi Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı çağırış edib - VİDEO

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Missiya.Az xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş katib bu il “Davamlı və dayanıqlı gələcək üçün ekoloji risklərin idarə olunması” mövzusunda qeyd olunan Ümumdünya Mülki Müdafiə Gününün əhəmiyyətinə diqqət çəkib, beynəlxalq ictimaiyyəti sabitlik, təhlükəsizlik və davamlı inkişaf naminə ekoloji risklərlə mübarizə aparmaqda səfərbər olmağa çağırıb.

Chosen
5
10
missiya.az

10Sources