Mart ayında qeyri-iş günlərinin sayı məlum olub.
Ekologiya.az xəbər verir ki, gələn ay Azərbaycanda üç bayram qeyd olunacaq.
Belə ki, martın 8-i Beynəlxalq Qadınlar Günü, martın 20-21-də isə Ramazan və Novruz bayramları qeyd olunacaq.
Bu bayramlarla və şənbə-bazar günləri ilə bağlı martda 17 gün iş olmayacaq.
2026-cı ilin martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.
Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş günləri olacaq.