EN

Kremldən ABŞ və İsrailin İrana hücümüna kəskin reaksiya

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Bu, İranla danışıqları ört-basdır əməliyyatıdır”ABŞ hakimiyyəti İrana hücum etməklə bir daha əsl simalarını göstərdi və danışıqlar sadəcə gizli əməliyyat kimi ortaya çıxdı.Ölkə.az  xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial media hesabında ABŞ-İsrail hücumlarını tənqid edən yazı ilə çıxış edib.

"Sülhməramlı bir daha əsl simasını göstərdi. İranla bütün danışıqlar ört-basdır əməliyyatı idi. Heç kim buna şübhə etmirdi. Heç kim konkret olaraq heç nəyi müzakirə etmək istəmirdi”, - Medvedev yazıb."Sual budur ki, düşməninin rüsvayçı sonunu görməyə kimin daha çox səbri var?" fikrini bölüşən Medvedev əlavə edib ki, ABŞ-ın cəmi 249 yaşında olduğunu, Fars İmperiyasının isə 2500 il əvvəl qurulub.  "100 ildən sonra nə olacağını görəcəyik",- o vurğulayıb.Qeyd edək ki, Rusiyanın Tehrandakı səfirliyi sosial media hesabında yayımladığı açıqlamada vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb.ABŞ v İsrail  İranda əsasən paytaxt Tehranla yanaşı,  İsfahan, Kərəc, Qum, Təbriz, Şiraz, Buşehr, Kirmanşah və İlam şəhərlərini hədəf alıb.Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
174
35
olke.az

10Sources