EN

XİN: İrana raket zərbələri nəticəsində Qazaxıstan vətəndaşları zərər çəkməyib

İranda olan 96 qazaxıstanlının heç biri raket zərbələri nəticəsində zərər çəkməyib.

"Report"un Qazaxıstan KIV-ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

"Mövcud məlumatlara görə, İran ərazisində Qazaxıstanın 96 vətəndaşı var. Onlardan 18-i diplomatik nümayəndəliklərin əməkdaşları, 2-si tələbədir, 70 nəfər isə "Zərxux" zavodunda əmək fəaliyyəti ilə məşğuldur. Qazaxıstanın altı vətəndaşı şəxsi məqsədlərlə İrandadır", - XİN-dən qeyd ediblər.

Nazirlik onlarla əlaqə saxlanıldığını bildirib.

"Hazırda Qazaxıstan vətəndaşları arasında zərər çəkənlərlə bağlı məlumat daxil olmayıb", - XİN-dən bəyan ediblər.

"Cebheinfo.az"

Chosen
5
2
cebheinfo.az

3Sources