Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ilk matçında "Neftçi" "Şamaxı"nın qonağı olub.
Şamaxı şəhər stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb.
"Ağ-qaralar"ın heyətində Vensan Abubakar 60-cı və 90+1-ci dəqiqələrdə fərqlənib. 75-ci dəqiqədə meydan sahiblərindən Sezar Enrike adını tabloya yazdırıb. 90+8-ci dəqiqədə Karim Rossi oyunda son nöqtəni qoyub.
Xallarının sayını 31-ə çatdıran "Neftçi" 6-cı pillədə qərarlaşıb. "Şamaxı" 26 xalla 8-ci yerdədir.
Günün ikinci matçında "Qəbələ" "Karvan-Yevlax"ı qəbul edəcək.
Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib.