EN

Hazırda DUBAY HAVA LİMANI

Ajans.az SHOT teleqram kanalına istinadən xəbər verir ki, hava məkanının regionda bağlanması ilə əlaqədar Flydubai aviaşirkətinə məxsus Dubay–Sankt-Peterburq reysi təxirə salınıb. Eyni zamanda Pobeda aviaşirkətinin Dubay–Moskva (Vnukovo) reysi ləğv edilib. Oxşar vəziyyət Ural Airlines-ə məxsus, Soçiyə uçmalı olan təyyarə ilə də yaşanıb. Bununla yanaşı, Dubaya eniş üzrə cəmi iki reysin ləğv edildiyi bildirilir. “Pobeda” aviaşirkəti əlavə olaraq daha altı reysin ləğv edildiyini açıqlayıb. Söhbət Moskva (Vnukovo) – Dubay və Dubay – Moskva (Vnukovo) istiqamətlərindən gedir. “Ural Hava Yolları” isə fevralın 28-nə planlaşdırılan bütün reyslərin sabaha keçirildiyini bildirib. Bu marşrutlara Soçi – Əl-Məktum, Moskva – Əl-Məktum və Yekaterinburq – Əl-Məktum istiqamətləri daxildir. Hazırda Dubay hava limanında vəziyyət nəzarət altındadır, sərnişinlərə zəruri şərait yaradılıb.

Chosen
15
Ajans.az

1Sources