EN

Sumqayıtda maşın qazıntı sahəsinə düşdü Video

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sumqayıtda qazıntı işləri aparılan əraziyə nəqliyyat vasitəsi düşüb.

“Qafqazinfo” Sumqayit24.az-a istinadla xəbər verir ki, Heydər Əliyev prospektində qaz kəmərinin çəkilişi ilə əlaqədar aparılan qazıntı işləri zamanı əraziyə təhlükəsizlik nişanları qoyulmasına baxmayaraq, “Mercedes” markalı minik avtomobili qazılmış sahəyə düşüb.

Hadisə nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Əraziyə müvafiq qurumun əməkdaşları və texnika cəlb olunub. Avtomobil sözügedən yerdən çıxarılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
84
8
qafqazinfo.az

9Sources