EN

Liverpul Qalatasaray la matçdan öncə futbolçusunu göndərdi

ain.az bildirir, Qol.az portalına istinadən.

"Liverpul" "Qalatasaray"la matçdan öncə futbolçusunu göndərdi

Çempionlar Liqasının 1/8 finalında "Qalatasaray"ın rəqibi "Liverpul"un gənc futbolçusu komandadan ayrılıb.

QOL.az xəbər verir ki, İngiltərə klubunun 19 yaşlı cinah oyunçusu Trent Kone-Doherti Norveç təmsilçisi "Molde"yə transfer olunub. Klub gənc futbolçu ilə 2029-cu il dekabrına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "The Times"ın yaydığı məlumata görə, "Molde" bu transfer üçün "Liverpul"a 750 min avro təzminat ödəyəcək. Razılaşmada həmçinin "Liverpul"un xeyrinə geri satınalma və növbəti satışdan bonusun əldə olunması bəndlərinin də yer aldığı bildirilib. 

Xatırladaq ki, Trent Kone-Doherti bu mövsüm forma geyindiyi 23 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, komandalar arasında ilk matç martın 10-u İstanbulda, cavab görüşü isə martın 18-i "Liverpul"un meydanında baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
3
qol.az

4Sources