İran İsrailə yenidən raket zərbələri endirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Qeyd edilib ki, İran ordusu İsrail ərazisinə daha bir böyük hücum həyata keçirib.
*** 15:46
İran İsrail ərazisinə təxminən 35 ballistik raket buraxıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Raketlərin bir hissəsi HHM vasitələri tərəfindən zərərsizləşdirilib, digərləri isə açıq ərazilərə düşüb.
Həmçinin İsrail ərazisinə raket və onlarla mübarizə vasitələrinin qalıqlarının düşməsi barədə məlumatlar daxil olub; həkimlərin sözlərinə görə, bir nəfər yüngül xəsarət alıb.