EN

İnstagram da valideynlər üçün yeni funksiya

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

İnstaqramda valideynlər üçün yeni bildiriş sistemi tətbiq olunacaq.

Milli.az xəbər verir ki, yeniliyə əsasən, valideynlər övladlarının intihar və ya özünə zərər (self-harm) mövzusunda paylaşımlar axtardığı hallarda xəbərdarlıq alacaqlar.

Bildirişlə yanaşı, platforma psixoloqların tövsiyələrini əks etdirən və valideynlərin bu mövzunu yeniyetmələrlə necə düzgün müzakirə etməli olduğunu izah edən bələdçi də təqdim edəcək.

Funksiya mart ayının əvvəlindən etibarən valideyn nəzarəti aktiv olan hesablar üçün əlçatan olacaq. İlk mərhələdə yenilik ABŞ, Böyük Britaniya, Avstraliya və Kanadada istifadəyə veriləcək. Gələcəkdə isə funksiyanın coğrafiyasının genişləndirilməsi planlaşdırılır.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
2
news.milli.az

3Sources