EN

Qalatasaray ın Barış Alpərlə bağlı uzaqgörən planı özünü doğrultdu

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

''Qalatasaray''ın ''Yuventus''a qarşı oyunlarında Qabriel Sara ilə Viktor Osimhen matçın ən yaxşısı seçilsələr də, bu duelə damğa vuran əsas isim Barış Alpər Yılmaz oldu. "Football-plus.az" xəbər verir ki, İstanbuldakı ilk oyunda aktivinə məhsuldar ötürmə yazmaqla yanaşı rəqibin iki futbolçusunun cəzalı duruma düşməsinə səbəb olan Barış, cavab oyununda isə 1 qol, 1 məhsuldar ötürməlik performansdan savayı yenə ''Yuve''nin azlıqda qalmasına səbəbkar oldu. İtaliya mətbuatının yazdığına inansaq, onsuz da ''Yuve''nin transfer hədəfində olan 25 yaşlı futbolçu indi də ''Napoli'' və ''İnter''in diqqət mərkəzinə düşüb. Bu klubun skautları mövsümün sonuna qədər Barışı izləyəcəklər. Mövsümün əvvəlində Səudiyyə Ərəbistanından ''35+5'' milyon avroluq başgicəlləndirici təklifə baxmayaraq Barışı satmayan ''Qalatasaray'' rəhbərliyinin planı özünü doğrultdu. İstedadlı futbolçu həm performansı ilə komandasının ÇL-də 1/8 finala yüksəlməsində böyük rol oynadı, həm də dəyərini artırdı. Oktyabrda illik maaşı 200 milyon lirəyə, yəni təxminən 4 milyon avroya yüksəldilən Barışın müqaviləsindəki xüsusi bonus maddəsi də artıq qüvvəyə minib. Belə ki, bu futbolçu mövsüm ərzində ən azı 20 qolun vurulmasında yaxından iştirak edəcəyi təqdirdə əlavə 25 milyon lirə qazanacaqdı. Barış Turindəki performansından sonra bu mövsüm bütün turnirlərdə 9 qol, 11 məhsuldar ötürməyə çatdı və bonusdan yararlanmağa haqq qazandı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
1
icma.az

2Sources