EN

Qumar borcu olan polis 5 kilo qızıl oğurladı

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyədə 28 yaşlı polis məmuru Cümhur Yılmaz zərgərlik mağazasından 5 kilo qızıl oğurlayıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Ordu vilayətinin Fatsa şəhərində qeydə alınıb.

Polis məmuru Cümhur Yılmaz başında dəbilqə ilə bir zərgərlik mağazasına daxil olub. O, silahla satıcını qorxudaraq onun əl və ayaqlarını yapışqanla bağlayıb. Daha sonra 170 qızıl bilərziyi oğurlayaraq mağazadan qaçıb.

Hakim qarşısına çıxarılan Cümhur Yılmaz məhkəmədə verdiyi ifadəsində 200-300 milyon lirə qumar borcu olduğunu və bu səbəbdən cinayəti törətdiyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
35
lent.az

1Sources