EN

Regionda və qlobal səviyyədə hərbi eskalasiyanın yaratdığı narahatlıq vurğulandı

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi regionda və qlobal səviyyədətəhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbieskalasiyanın dərin narahatlıq doğurduğunu bildirib.

Trend xəbər verirki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Nazirlik bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə,gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlarmasasına qayıtmağa çağırıb.

Bəyanatda qeyd olunub ki, Birləşmiş Millətlər TəşkilatınınNizamnaməsinə və beynəlxalq hüququn tanınmış norma və prinsiplərinəuyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə vəmüstəqilliyinə hörmət edilməsinin vacibliyi vurğulanır.

Chosen
10
2
az.trend.az

10Sources