Bakı, 28 fevral, Cavid Əliyev, AZƏRTAC
Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Bolqarıstanın paytaxtı Sofiyada “Strandja” beynəlxalq turnirində finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, 50 kiloqramda mübarizə aparan milli üzvü yarımfinalda Siyovuş Muxammadiyevlə (Ukrayna) qarşılaşıb.
Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. O, sabah keçiriləcək həlledici döyüşdə Daniyal Sabitlə (Qazaxıstan) üz-üzə gələcək.
Digər boksçumuz Malik Həsənov (65 kiloqram) isə “Strandja”nı bürünc medalla başa vurub.