Yazını böyüt
Yazını kiçilt
Saatlı şəhərində ümumi sahəsi 20 m² olan birmərtəbəli köməkçi tikilidə yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Hafta.az bu barədə FHN-ə istinadən bildirir.
Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.