EN

İranın qırmızı xətti tapdalanıb, reaksiya veriləcək – Qalibaf

Bakı. Trend:

İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin ölümü iləİranın qırmızı xətti tapdalanıb və buna əsasən ağır zərbələrvurulacaq.

Trend-inməlumatına görə, bunu İran parlamentinin sədri Məhəmməd BaqirQalibaft yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İran İslam İnqilabının banisi RuhullaXomeyni və Ali Lider Əli Xameneinin yolunu davam etdirəcək.

Qalibaf deyib ki, İran özünü bütün ssenarilər üçün hazırlayıb,hətta Xameneinin ölümündən sonra üçün plan qurub.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin ötən gün həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Məqalədə:
Chosen
14
2
az.trend.az

3Sources