EN

Azərbaycanlı futbolçular Albaniyada üz-üzə gəldilər

style='margin-bottom:10px;'>

Albaniya Superliqasında 26-cı turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, bu turda azərbaycanlı futbolçuların komandası üz-üzə gəlib.

Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani"(Tirana) öz meydanında Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Əliyev start heyətdə meydana çıxıb və sonadək oynayıb, İsgəndərli isə 88-ci dəqiqədə - komandası hər iki qolu vurandan sonra meydanı tərk edib.

Hazırda "Eqnatiya" turnir cədvəlində 46 xalla 3-cü, "Partizani" isə 39 xalla 5-ci pillədə qərarlaşıb.

Chosen
55
2
teleqraf.com

3Sources