AZ

Vüsalla Zamiq Albaniyada üz üzə gəldi

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Albaniya superliqasında 26-cı turun oyunları keçirilir."Football-plus.az" xəbər verir ki, bu turda azərbaycanlı futbolçuların komandası üz-üzə gəlib.Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani"(Tirana) öz meydanında Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geydiyi "Eqnatiya" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.Zamiq start heyətində meydana çıxıb və sonadək oynayıb, İsgəndərli isə 88-ci dəqiqədə - komandası hər iki qolu vurandan sonra meydanı tərk edib."Eqnatiya" 46 xalla 3-cü, "Partizani" isə 39 xalla 5-ci pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
2
icma.az

3Mənbələr