EN

Nəriman Axundzadə hələ ki Amerikaya gedə bilmir - “dövlətə müraciətə edəndə deyirlər ki, filan vaxt gəl?”

Artıq iki həftədən çoxdu Nəriman Axundzadə ABŞ-nin “Kolambus Kryu” klubuna transfer olunub. Amma 21 yaşlı vinger hələ də ölkəni tərk edə bilmir.

Viza almaqda problem yaşayan Axundzadə nə vaxta arzusuna çatacaq? Bəs “Qarabağ”ın düşərgəsindən ayrılıb, yoxsa məşqləri burda davam etdirir?

Suallarımıza futbolçunun meneceri Tural Əsgərov cavab verdi:

“Əvvəldən də deyilmişdi ki, Nərimanın aviagedişi ən yaxşı halda fevralın sonu, martın əvvəli olacaq. Son iki həftədə hamı yazır, soruşur ki, “nə oldu, getmir?” İşçi vizası bir-iki günə verilmir axı. Nə qədər vaxt çəkir - tam dəqiq bilmirəm. Düşünmürəm ki, bu prosedurla bağlı Nərimanın hansısa problemi yaranar. İşçi vizası da ən qısa zamanda həll olunacaq. Konkret vaxt bilinmir. Dövlətə müraciətə edəndə deyirlər ki, filan vaxt gəl? “ASAN Xidmət”də var, vəsiqə üçün müraciət edəndə deyirlər. Amma digər işlərdə dövlətə müraciət edəndə, icazə alanda olmur axı. Amerikada bu işlər bizdən də çətindi. Həll olunan kimi bilinəcək ki, Nəriman artıq uçur, yol üstədi. Məşqlərini fərdi şəkildə “Qarabağ”ın bazasında edir”.

MÜZƏFFƏR QULUZADƏ
Chosen
13
1
football-plus.az

2Sources