EN

İsraildə yenidən hava həyəcanı elan edilib

İsraildə

İran tərəfindən raket buraxılması ilə əlaqədar bir saat sonra İsrailin bir neçə rayonunda yenidən hava həyəcanı elan edilib.

Xalqcebhesi.az xəbər verir ki, TASS müxbirinin yerində gördüyünə görə, siqnallar yenidən Təl-Əviv rayonunda da eşidilib və şəhərin səmasında partlayışlar eşidilib.

Ordu mətbuat xidməti bildirib ki, “İsrailin bir neçə rayonunda İran tərəfindən raket buraxılması aşkarlanması ilə bağlı siqnallar eşidilib”. “İsrail Hərbi Hava Qüvvələri təhlükələri neytrallaşdırmaq və tutmaq üzərində işləyir”, – deyə qurum əlavə edib.

Məryəm Quliyeva

Chosen
34
1
xalqcebhesi.az

2Sources