EN

Matça doğru: “Qarabağ”da 3, “Sabah”da 1 itki var

Azərbaycan Premyer Liqasının XXII turunun mərkəzi görüşündə “Qarabağ” “Sabah”la üz-üzə gəlib.

İdmanxeber.az-ın məlumatına görə, vacib oyun öncəsi iki komandada itkilər var. Ağdam təmsilçisində Bəhlul Mustafazadə və Şahruddin Məhəmmədəliyev zədə səbəbindən, Kadi Borges isə cəzalı olduğu üçün meydana çıxa bilməyəcək.

Hücumçu Kamilo Duranın isə durumunun yaxşı olduğu bildirilib.

“Sabah”da isə cəmi bir itki var. Pavel Şafrakno zədə səbəbindən bugünkü matçı buraxacaq. Heyətdə cəzalı futbolçu yoxdur. 

“Qarabağ” – “Sabah” qarşılaşması bu gün saat 19:00-da start götürəcək.

Chosen
15
idmanxeber.az

1Sources