İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ və İsrailə qarşı yeni hərbi əməliyyatların anonsunu verib.
Far.Az xəbər verir ki, o, "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, İran martın 1-də qarşı tərəfin mövqelərinə hava zərbələri endirməyi planlaşdırır.
Laricani fevralın 28-də həyata keçirilən hücumları xatırladaraq, həmin əməliyyatlar zamanı ABŞ və İsrailə ziyan vurulduğunu qeyd edib.
"Dünən raket zərbələri endirdik. Bu gün isə onlar indiyədək qarşılaşmadıqları gücdə cavabla üz-üzə qalacaqlar", – deyə o vurğulayıb.
YESTERDAY IRAN FIRED MISSILES AT THE UNITED STATES AND ISRAEL, AND THEY DID HURT. TODAY WE WILL HIT THEM WITH A FORCE THAT THEY HAVE NEVER EXPERIENCED BEFORE.
— Ali Larijani | علی لاریجانی (@alilarijani_ir) March 1, 2026