EN

İran Hörmüz boğazını açıb - Yenilənib

İran hökuməti strateji əhəmiyyətə malik Hörmüz boğazı vasitəsilə beynəlxalq gəmiçilik tranzitinə yenidən icazə verildiyini açıqlayıb.

Qərar İranın Ali Məsləhət Orqanının katibi tərəfindən elan olunub.

Bildirilib ki, kommersiya və mülki gəmilərin hərəkətinə məhdudiyyət tətbiq edilməyəcək.

 

***

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələri UKV-radio vasitəsilə gəmilərə Hörmüz boğazından keçməyin qadağan olunduğunu elan edib.Bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, xəbərdarlıq bölgədə artan hərbi gərginlik fonunda edilib. Qadağanın dərhal qüvvəyə mindiyi bildirilir.

Hörmüz boğazı qlobal neft tədarükünün əhəmiyyətli hissəsinin keçdiyi strateji dəniz marşrutudur. Burada hər hansı məhdudiyyət dünya enerji bazarlarına, xüsusilə də neft qiymətlərinə ciddi təsir göstərə bilər.

Chosen
3
anews.az

1Sources