EN

"Yeni Rodri" seçim qarşısında: İngiltərəyə yollanacaq, yoxsa İspaniyaya dönəcək?

"Mançester Yunayted" "Ştutqart"ın 20 yaşlı yarımmüdafiəçisi Çema Andresi heyətinə qatmağa çalışır. 

Fanat.Az xəbər verir ki, məlumatı "TEAMtalk" yayıb.

Bununla belə, ötən yay oyunçunu Şvabiya klubuna satan "Real Madrid" "qırmızı şeytanlar"ın potensial transferini başa vurmasına mane ola bilər. "Kral klubu" yetirməsini geri qaytarmağı düşünür. "Real Madrid" Andresi 11,4 milyon avroya geri almaq imkanına malikdir. İspaniya nəhəngi bu seçimi gələn yay aktivləşdirə bilər.

Yarımmüdafiəçinin oyun keyfiyyətləri “Mançester Siti”nin oyunçusu Rodri və sabiq “Barselona”lı Serxio Busketsinkinə bənzədiyi vurğulanır.

Bu mövsüm Andres bütün turnirlərdə 29 matçda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" ulduz futbolçunun bazar dəyərini 15 milyon avro qiymətləndirir.
 

Chosen
5
1
fanat.az

2Sources