EN

Briqada generalı: Ruslar işğal planlarından əl çəkməyiblər

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ruslar Zaporojye, Xerson, Nikolayev və Odessanı ələ keçirmək planlarından əl çəkməyiblər.

Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müavini, briqada generalı Pavel Palisa bildirib.

O, Moskvanın iddialı planlarını gördüyünü deyib:“Onlar Donetsk bölgəsini ələ keçirmək planlarından əl çəkməyiblər. Hələ də Xarkov və Sumı bölgələrində bufer zonası yaratmağı planlaşdırırlar. Onlar Dnepropetrovsk və Zaporojye bölgələrində maksimum irəliləyiş əldə etməyi, Zaporojye, Xerson, Nikolayev və Odessanı ələ keçirmək iddiasında ola biləcəkləri şərait yaratmağı gözləyirlər".

Palisa rusların növbəti altı ay ərzində bu planları həyata keçirmək qabiliyyətinə malik olmadığını vurğulayıb. Onun sözlərinə görə, 2025-ci ilə qədər ruslar Ukraynanın ümumi ərazisinin 1 faizdən az hissəsini işğal etsələr də, 450 mindən çox əsgər itiriblər.

Aparat rəhbərinin müavini əlavə edib ki, Donetsk bölgəsində daha 6000 kvadrat kilometrlik Ukrayna ərazisini işğal etmək üçün ruslara təxminən bir il yarım vaxt və Ukraynadakı hazırkı Rusiya hərbi mövcudluğuna bərabər resurslar lazım olacaq.

"Bunu etmək onlar üçün çox çətin olacaq. Bu, istədikləri qədər tez olmayacaq", - deyə o vurğulayıb.

E. KAMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
reyting.az

1Sources