
İsrail Müdafiə Ordusu (SAXAL) Livanda şiə "Hizbullah" hərəkatının komandirlərinə zərbələr endirib.
AFN.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, "Hizbullah"ın yüksək rütbəli komandirləri Beyrut ətrafında zərbələrə məruz qalıb. Bundan əlavə, mətbuat xidməti SAXAL-ın Livanın cənubunda "Hizbullah"ın əsas terrorçularından birinə zərbə endirdiyi barədə məlumat verib.
Bundan əvvəl SAXAL Livan ərazisindən İsrailə bir neçə raket atıldığı və onlardan birinin uğurla zərərsizləşdirildiyi barədə xəbər vermişdi. Bu hadisədən sonra İsrail ordusu Livan ərazisindəki "Hizbullah" hədəflərinə zərbələr endirməyə başladığını bəyan edib.