Bakı. Trend:
Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin genişləndirilməsibazar qiymətləri və tələblə uyğunlaşdırılmalıdır.
Bunu Energetika və mənzil məsələləri üzrə Avropa Komissiarı DanYorgensen martın 3-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi MəşvərətŞurasının iclası çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə deyib.
İlk növbədə, birlikdə artıq nələrə nail olduğumuzu qeyd etməkvacibdir. Son illərdə biz Azərbaycan qazının Avropaya ixracınıəhəmiyyətli dərəcədə artırmışıq — bu gün Avropa Azərbaycanın ümumiqaz ixracının təxminən yarısını satın alır. Bu, səmərəli enerjitərəfdaşlığının göstəricisidir.
Bu ilin yanvar ayında Trans-Adriatik Qaz Boru Kəmərinin ilkgenişləndirilməsi həyata keçirildi - illik əlavə 1,2 milyardkubmetr həcmində. Bu isə 2026-cı ildə Avropa bazarına əlavə qaztədarükləri anlamına gəlir. İqtisadi effekti də unutmaq olmaz:Cənub Qaz Dəhlizi istifadəyə verildiyi vaxtdan etibarən Azərbaycaniqtisadiyyatının inkişafında mühüm hərəkətverici qüvvəyə çevrilib.Trans-Adriatik Qaz Boru Kəməri vasitəsilə kommersiya tədarüklərininbaşlanmasından bəri 2024-cü ilədək İtaliya, Yunanıstan vəBolqarıstana qaz ixracı təxminən 24 milyard avro gəlir gətirib. Bu,real və hiss olunan artımdır”, - deyə o bildirib.
Yorgensen vurğulayıb ki, gələcəkdə əlavə genişləndirmələr bazarqiymətləri və tələblə uyğunlaşdırılmalıdır.
“Aİ artıq öz büdcəsi hesabına beynəlxalq qaz infrastrukturulayihələrini maliyyələşdirmir. Dəhlizin gələcək genişləndirilməsikommersiya investisiyalarına əsaslanmalı və mümkün beynəlxalqmaliyyə institutlarının maliyyələşdirilməsi ilə tamamlanmalıdır”, —deyə o əlavə edib.
Qeyd edək ki, TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10milyard kubmetr təşkil edir və bu göstəricinin 20 milyard kubmetrəqədər artırılması imkanı mövcuddur. 2022-ci ildə Azərbaycan vəAvropa Komissiyası Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünün2027-ci ilə qədər iki dəfə artırılmasına dair memorandumimzalayıb.