EN

İran Təl-Əvivdə hökumət məhəlləsinə hücum edib

İran İslam Respublikasının Hərbi Hava Qüvvələri (İHQ) Təl-Əvivdəki hökumət məhəlləsinə, hərbi-sənaye kompleksi (HİK) obyektlərinə və Hayfadakı təhlükəsizlik obyektlərinə və Şərqi Qüdsə hücum edib.

Herbiand.az xəbər verir ki, bu barədə 2 mart səhəri İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidməti məlumat yayıb.

"Həqiqi Vəd 4 Əməliyyatının onuncu dalğası, Xeybər raket manevrləri (ballistik raketin modeli - red.) ilə işğal olunmuş ərazilərə böyük atəş qapılarını açdı. Sionist rejimin Təl-Əvivdəki hökumət kompleksinə hədəflənmiş hücum, Hayfadakı hərbi və təhlükəsizlik obyektlərinə hücum və Şərqi Qüdsə hücum onuncu dalğanın məqsədlərinin bir hissəsidir".

Bəyanatda xatırladılır ki, Tehran əvvəllər bazalara və "təcavüzkar düşmənlərin işğal olunmuş torpaqlarına" hücumların artması barədə xəbərdarlıq etmiş və İsraildə sirenlərin heç vaxt dayanmayacağına söz vermişdi.

Chosen
26
1
herbiand.az

10Sources