EN

Badminton yığmasının baş məşqçisi: Bəzi ölkələr Avropaya məşqçi göndərir, biz niyə etməyək?!

BAKI, 2 mart. TELEQRAF

“Məşqçilik 90 faiz eşqdir. Hər yaxşı idmançı böyük məşqçi ola bilməz. Gərək peşəni sevsin”.

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycanın badminton yığmasının baş məşqçisi Morteza Validarvi Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən Məşqçilər Forumunun açılış mərasimində deyib.

O, məşqçiliyin akademik tərəflərindən söz açıb: “Biz bunu təhlil etdik. İranda professor dedi ki, ata üçün ya tələbdir, ya da eşq. İdman növlərində geyimlər fərqlidir. Bir qız üzgüçülük geyimində atasının yanında oturmaz, amma məşqçisinin yanında oturar. Deməli, məşqçi atadan böyükdür, bir növ atalıq kimidir. Bəzi ölkələr Avropaya məşqçi göndərir, biz niyə etməyək?! İrandan güləş məşqçisi gətirirlər. Sual yaranır, niyə? Yəni Azərbaycanda da bu işi bilən yaxşı mütəxəssislər var. Elə işləyək ki, biz Azərbaycandan xaricə məşqçi göndərək”.

Chosen
19
teleqraf.com

1Sources