EN

Almaniya XİN: “İranla müharibədə iştirak etməyəcəyik” – FOTO

“Almaniya İranla müharibədə iştirak etməyəcək”.

Bizim.Media “Deutsche Welle” nəşrinə istinadla xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib.

Nazir qeyd edib ki, Berlin heç bir formada İranla mümkün hərbi münaqişəyə qoşulmaq niyyətində deyil.
 

“Almaniyanın regionda hərbi bazaları yoxdur. Almaniyanın “müvafiq hərbi resursları da yoxdur. Bununla belə, hücum olacağı təqdirdə Bundesver əsgərləri özlərini müdafiə edəcəklər. Hazırda Almaniya Silahlı Qüvvələrinin bölmələri İordaniya və İraqda yerləşdirilib”, - deyə Vadeful əlavə edib.


Nazir həmçinin bildirib ki, “əgər bu rejim (İran hakimiyyəti – red.) dayandırılarsa və artıq keçmişdə olduğu kimi bizə qarşı fəaliyyət göstərə bilməzsə, bu, Almaniyada təhlükəsizliyimizi artıracaq. Bu isə mənim üçün son dərəcə vacib məqamdır”.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.


Bizim.Media

Chosen
38
28
bizim.media

10Sources