EN

İranda məktəblər ilin sonunadək bağlı olacaq NAZİRLİK

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Ölkədəki məktəblər ilin sonuna qədər bağlı olacaq.

Modern.az İRNA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin sözçüsü Fərhadi açıqlamasında deyib.

O qeyd edib ki, mövcud vəziyyət nəzərə alınmaqla, bütün təhsil səviyyələrində məktəblər ilin sonuna qədər bağlı olacaq və təhsil virtual şəkildə təmin ediləcək.

"Bu müddətin uzadılması və ya dəyişdirilməsi ilə bağlı hər hansı yeni qərar rəsmi olaraq elan ediləcək".

Qeyd edək ki, İranda ilin sonu 21 və ya 22 mart tarixlərinə düşür. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
modern.az

1Sources