Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Bravo” marketdə ekspeditor işləmiş və oğurluq ittihamı ilə həbs edilmiş Ə.Həsənovun oğlu atasını azadlığa buraxdıqmaq istəyərkən dələduzluqla üzləşib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Ə.Həsənovun oğluna qarşı dələduzluğu qaynı İ.Babayevin tanışı Dilqəm adlı şəxs edib.
İ.Babayev Ə.Həsənovun həbsi haqqında Dilqəmlə danışarkən o, bu məsələni həll edə biləcəyini deyib. İ. Babayev bu barədə A.Həsənova məlumat verib. Dilqən Ə.Həsənovun azadlığa buraxılmasının 50 000 manata başa gələcəyini deyib. Qarşı tərəf bununla razılaşıb və hissə-hissə olaraq Dilqəmə 50 000 manat pul verilib.
Dilqəm həmin vəsaiti şəxsi ehtiyaclarına sərf edib və verdiyi vədi yerinə yetirməyib.
Qarşı tərəf hüquq-mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalıb. Bundan sonra Dilqəm saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb.
Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmənin hökmü ilə Dilqəm 3 il müddətinə azadlıqdan məhrum edilib.
Seyid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.