EN

Danışıqlarda Ukraynanın təhlükəsizlik zəmanətləri məsələsi müzakirə olunur - Kreml

Ukrayna üçün təhlükəsizlik zəmanətləri və ərazi məsələsi Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqların gündəliyindədir.

Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 Lakin o, bu müzakirələrin təfərrüatları barədə şərh verməkdən imtina edib.

Kreml sözçüsü “Kommersant” nəşrinin Rusiyanın ABŞ-nin təklif etdiyi təhlükəsizlik zəmanətləri formatına razılıq verib-verməməsi ilə bağlı sualına cavabında qeyd edib: “Əvvəllər bildirmişdik ki, davam edən danışıqların məzmununu, hətta ən müxtəlif aspektləri belə, açıq şəkildə müzakirə etmək niyyətində deyilik. Bundan sonra bunu etməyəcəyik”.

Eyni zamanda, Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirilo Budanov dünən bildirib ki, Cenevrədə keçirilən əvvəlki üçtərəfli danışıqlarda Rusiya ABŞ-nin Ukraynaya təklif etdiyi təhlükəsizlik zəmanətlərini qəbul edib. 

Seyranə QuliyevaMissiya.Az

Chosen
6
missiya.az

1Sources