İngiltərənin "Sanderlend" klubu futbolçusu Deniel Ballard ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun rəsmi saytı yayıb.
Ballard 2029-cu ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atıb. Sazişdə tərəflərin anlaşmanı sonradan daha 1 il müddətinə uzatması da əksini tapıb.
Qeyd edək ki, 2022-ci ilin yayından "Sanderlend"in uğurları üçün çalışan 26 yaşlı müdafiəçi o vaxtdan bəri 114 matça çıxaraq 8 qol vurub.
Toğrul