EN

İsrail İran kəşfiyyatının öldürülən bir neçə yüksək rütbəli zabitinin adını açıqladı

İsrail Müdafiə Qüvvələri (IDF) İranın Kəşfiyyat Nazirliyinə hücumda ölən şəxslərin adlarını açıqlayıb.

Aznews.az xəbər verir ki, bu barədə IDF-in sosial şəbəkə hesabında məlumat verilib.

Məlumatda deyilir ki, kəşfiyyat nazirinin İsrail üzrə müavini Seyyid Yəhya Həmidi, casusluq diviziyasının rəhbəri Cəlal Purhüseyn və onların yanında olan digər kəşfiyyat rəsmiləri öldürülüb.

Chosen
3
28
aznews.az

10Sources