İranın kəşfiyyat və təhlükəsizlik nazirinin müavini Seyyid Yəhya Hamidinin həlak olduğu bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə İsrail ordusu yaydığı rəsmi bəyanatda məlumat yayıb. Açıqlamada qeyd olunur ki, əməliyyat “dəqiq kəşfiyyat məlumatları” əsasında həyata keçirilib və İranın əsas kəşfiyyat qurumu olan İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli şəxsləri hədəfə alınıb.
Bəyanata görə, kəşfiyyat nazirinin müavini Seyyid Yəhya Hamidi səhər saatlarında endirilən hava zərbəsi nəticəsində məhv edilib.
Məlumata əsasən, Yəhya Hüseyni Pencəki adı ilə də tanınan zabit Nazirliyin “İsrail masası”na rəhbərlik edib və bu istiqamətdə əməliyyatlara kuratorluq edib.
Musavat.com