EN

Bu ölkələr təhlükə altındadır: təxliyə ola bilər Qrossi

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Nüvə elektrik stansiyalarına edilən hücumlar radioaktiv maddələrin yayılmasına səbəb ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi deyib.

O bildirib ki, Yaxın Şərqdəki vəziyyət ciddi narahatlıq doğurur:

“İran və regionda hərbi hücumlara məruz qalan bir çox digər ölkələrdə nüvə elektrik stansiyaları və nüvə tədqiqat reaktorları, eləcə də əlaqəli nüvə yanacağı saxlama müəssisələri fəaliyyət göstərir. Bu da nüvə təhlükəsizliyinə təhdidi artırır”.

Qrossi qeyd edib ki, BƏƏ, İordaniya, Bəhreyn, İraq, Küveyt, Oman, Qətər və Səudiyyə Ərəbistanı müxtəlif dərəcələrdə nüvə texnologiyasına malikdir:

“Atom Elektrik Stansiyasına hücum halında Yaxın Şərq şəhərlərinin təxliyəsi zəruri olacaq”.

Xatırladaq ki, martın 2-də İranın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi  Rza Nəcəfi Nətənzdəki nüvə obyektinə hücum edildiyini açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
50
globalinfo.az

10Sources