AZ

İranda "İkinci Çernobıl" fəlakəti yaşana bilər

İranda "İkinci Çernobıl" fəlakəti baş verə bilər.

Publika.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu "360" telekanalında bildirib.

O, İranın nüvə obyektlərinin bombalanması səbəbindən "İkinci Çernobıl" ssenarisinin yaşanması ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib:

"Əlbəttə. Qərbin nüvə məsələsini manipulyasiya etməsi səbəbindən fəkalət baş verə bilər və bu, qəbuledilməzdir".

O, həmçinin Rusiyanın Vyanadakı Beynəlxalq Təşkilatlardakı Daimi Nümayəndəsi Mixail Ulyanovun sözlərini xatırladıb və son 25 ildə Qərbin İranın nüvə proqramı ilə bağlı narahatlıqlarının sadəcə siyasəti ABŞ üçün əlverişsiz olan ölkələrlə "siyasi hesablaşmalar" üçün bir örtük olduğunu söyləyib.

Seçilən
2
50
publika.az

10Mənbələr