EN

Martda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Bakı, 2 mart, AZƏRTAC

Martın 2-dən 18-dək Oğuzda, Hacıqabulda, Ağstafada, Siyəzəndə, Astarada, Zərdabda, Göyçayda və Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00 - 14:00 arası isə nahar fasiləsidir.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə: 3) Çağrı mərkəzinə müraciət edə bilərlər.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.

Chosen
15
8
azertag.az

9Sources