EN

"İran ətrafındakı vəziyyət hələlik Ukraynaya silah tədarükünə təsir etməyib" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Yaxın Şərqdəki münaqişə hələlik PURL (Ukraynanın prioritet tələblər siyahısı) təşəbbüsü çərçivəsində Ukraynaya Amerika silah təchizatına təsir göstərməyib.

Redaktor.az xəbər verir ki, bu barədə "European Pravda" qəzeti məlumat yayıb.

O əlavə edib ki, hələ avropalılardan və amerikalılardan Patriot sistemləri üçün az miqdarda PAC-3 raketlərinin tədarükü ilə bağlı heç bir problem barədə siqnal almayıb.

Zelenski vurğulayıb: “Hamı başa düşür ki, bizim həyatımız, silahlarımızdır. Hələlik PURL proqramı işləyir. Mən Avropalı tərəfdaşlarımızdan tranşlar əldə etmək üçün çalışıram. İndiyə qədər hər şey planlaşdırıldığı kimi gedir”.

Aminə ŞAHSUVARQIZI

Chosen
19
redaktor.az

1Sources