ain.az, Oxu.az saytına istinadən bildirir.
İsrail ordusunun İrana növbəti zərbələri nəticəsində İslam Respublikasının Kəşfiyyat Nazirliyinin bir neçə yüksək vəzifəli məmuru öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
Bildirilib ki, hücum əməliyyatı zamanı nazir müavini Seyid Yəhya Həmidi və kəşfiyyat agentliyinin rəhbəri Cəlal Fur Hüseyn həlak olublar.
SAXAL bəyan edib ki, nazirliyə zərbələr zamanı başqa əməkdaşlar arasında da ölənlər var.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.