EN

Ukrayna üçün bir aylıq VAXT LİMİTİ Zelenski Trampın tələbini yerinə yetirməsə...

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsini tez bir zamanda dayandırmaqda israrlı görünür.O, ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı Ukraynadakı müharibənin bir ay ərzində başa çatmasını istədiyini bildirib.İddiaya görə, danışıqların gedişində Zelenski müharibənin bu il bitəcəyinə ümid etdiyini deyib. Tramp isə müharibənin çox uzun çəkdiyini və onun bir ay ərzində bitməsini istədiyini bildirib.Əslində bu istək Trampdan Zelenskiyə növbəti xəbərdarlıq kimi qiymətləndirilə bilər. Çünki Tramp üçün müharibənin dayandırılması vacibdir. Buna nail olmaq üçün də o, tərəflərə müəyyən təzyiqlər edir. İndiki məqamda daha zəif halqa Zelenski olduğundan Trampın təzyiqləri də əsasən məhz ona qarşı yönəlib.Görəsən, müharibə bir aya başa çatacaq?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Trampın Zelenskiyə ünvanlanan bu xəbərdarlığı ultimatum kimi qəbul etmək olar:“Ümumiyyətlə, Trampın danışıq tərzində təzyiq elementləri var. Əvvəlcə o, Venesuela ilə belə danışdı. İndi də Kuba və İranla həmin tonda danışır. Zelenskiyə gəldikdə isə, Tramp daha çox hiddət nümayiş etdirir. Ukrayna böhranı ilə bağlı məsələdə kollektiv Qərb faktiki olaraq parçalanıb. Zelenski də daha çox Avropaya meyllidir. Bu isə Trampın ürəyincə deyil. Zelenski əvvəlcə “iki stulda əyləşmək” istəyib. Amma Amerika stulundan düşəndən sonra Tramp onu tənqid etməyə başladı”.Ekspert qeyd edib ki, artıq Trampın əksər planlarında tənəzzül baş verməkdədir. Məhz bu səbəbdən ABŞ lideri zəif bənd olaraq hədəf kimi Zelenskini seçib:“Onu psixoloji cəhətdən sındırmağa, bir ay ərzində danışıqlar masası arxasında oturmağa vadar etməyə çalışır. Nadir torpaq mineralları ilə bağlı Ukrayna ilə bağlanan saziş də asılı vəziyyətdə qalıb. Çünki müharibə bitməsə, Amerika şirkətləri Ukraynada işləyə bilməyəcək”.Müsahibimiz Zelenskinin Trampın qəzəbinə tuş gələcəyini də istisna etməyib: “Trampın sözügedən tələbi ultimatumdur, Zelenski onun qəzəbinə tuş gələ bilər. Trampın dediyinə getməsə, bu Zelenski üçün ağır olacaq. Ukrayna ordusuna Rusiya qoşunlarının yeri barədə Amerika tərəfindən məxfi məlumatların verilməsi demək olar ki, məhdudlaşdırılıb. ABŞ Zelenskiyə zərbə vurmaq istəsə, ona verdiyi bütün dəstəyi dayandıracaq və çalışacaq ki, Rusiya qoşunları yaya qədər Ukrayna ordusuna təsirli zərbələr endirə bilsin”.Rüfət Sultan, Bizim.Media  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
bizim.media

2Sources