EN

Məşhur məşqçi dünyasını dəyişdi

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Məşhur məşqçi dünyasını dəyişdi

Məşhur sabiq futbolçu, İtaliya millisinin sabiq üzvü Rino Markes vəfat edib.

QOL.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. R.Markes 88 yaşında dünyasını dəyişib.

Markesinin futbolçu karyerası 1955-ci ildə başlayıb və 1973-cü ildə bitib. O, "Fanfulla", "Atalanta", "Fiorentina", "Latsio" və "Prato" komandalarındda oynayıb. Ən böyük uğuruna "Fiorentina" ilə imza atıb, 2 dəfə İtaliya Kubokunu və 1961-ci ildə Kuboklar Kubokunu qazanıb. 

Markes məşqçilik karyerası ərzində "Napoli", "İnter" və" Yuventus" da daxil olmaqla bir sıra məşhur İtaliya klublarını idarə edib.

Dieqo Maradonanın İtaliyadakı debüt mövsümündə "Napoli"ni çalışdıran Markeze idi. Bundan əlavə, əfsanəvi Mişel Platini peşəkar karyerasının son mövsümünü onun rəhbərliyi altında keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
94
3
qol.az

4Sources