EN

“Yüksəliş” müsabiqəsinin qalibləri “Ədibin Evi”ndə: milli mətbuatın tarixinə nəzər

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 2 mart, AZƏRTAC

“Yüksəliş” müsabiqəsinin qaliblərinin fərdi inkişafı və dünyagörüşünün zənginləşdirilməsinə yönəlmiş təşəbbüslər çərçivəsində həyata keçirilən “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin ikinci sessiyası baş tutub.

Müsabiqənin işçi qrupundan AZƏRTAC-a bildirilib ki, görüşdə gənclər və idman nazirinin müavini, “Yüksəliş” İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev və “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva iştirak ediblər. Şəfəq Mehrəliyeva “Ədibin Evində Yüksəliş” layihəsinin məqsədi və əhəmiyyəti barədə danışaraq bu təşəbbüsün qaliblərin intellektual inkişafına, ədəbiyyat və ictimai fikir mühitinə daha yaxından inteqrasiyasına xidmət etdiyini vurğulayıb.

Sessiya çərçivəsində “Milli mətbuatın yaranması və sənaye diskursu” mövzusunda filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva tərəfindən mühazirə təşkil olunub. Çıxış zamanı Azərbaycanda milli mətbuatın inkişaf mərhələləri, sənayeləşmə proseslərinin ictimai fikir və media mətnlərinə təsiri, eləcə də formalaşan diskursun ideoloji və sosial aspektləri geniş şəkildə təhlil edilib.

Təqdimatda XIX əsrin sonu – XX əsrin əvvəllərində milli mətbuatın formalaşması, sənayeləşmə proseslərinin ictimai fikir və iqtisadi düşüncəyə təsiri, eləcə də dövrün qəzet və jurnallarında sənaye və ticarət mövzularının işıqlandırılması ümumi şəkildə təhlil olunub. Sessiya interaktiv müzakirə formatında davam edərək iştirakçıların mövzu ətrafında fikir mübadiləsi aparması ilə yekunlaşıb.

Görüşdə milli mətbuatın ictimai-iqtisadi düşüncənin formalaşmasındakı rolu vurğulanıb.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da Sərəncam imzalanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
2
azertag.az

3Sources