EN

Bu ölkələr də müharibəyə qoşula bilər

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın Şərqdə son dövrlərdə artan hərbi gərginlik regionun təhlükəsizliyinə təsir göstərməkdədir. İranın bölgədə yerləşən ABŞ bazalarına hücumları və bunun ardınca Bəhreyn, BƏƏ, Qətər, İordaniya və Səudiyyə Ərəbistanında qeydə alınan partlayışlar vəziyyəti daha da həssas mərhələyə gətirib. Bu cür hadisələr regional sabitliyə təzyiqi artırır və təhlükəsizlik balansını dəyişə bilər. Eyni zamanda, gərginliyin diplomatik kanallar vasitəsilə nəzarətdə saxlanılmaması daha geniş miqyaslı qarşıdurma riskini gündəmə gətirir. Buna görə də hazırkı vəziyyət həm siyasi, həm də təhlükəsizlik baxımından diqqətlə izlənilən kritik mərhələ kimi qiymətləndirilir.Regiondaki gərginliklə bağlı politoloq Samir Hümbətov Demokrat.az-a bildirib ki, İranın bu bölgədə istər əks-hücum həyata keçirməsi, istərsə də Qətər və digər əraziləri hədəf alması məsələsi, əslində, gözlənilməz deyil:"Yəni orada yerləşən ABŞ hərbi bazaları ilə bağlı vəziyyət hələ də gərgindir və mən düşünürəm ki, İrana əvvəldən bildirilib ki, əgər ABŞ İrana qarşı hər hansı addım atarsa, İran da mütləq onun hərbi bazalarını hədəf alacaq. Bu gün baş verən hadisələr, xüsusilə İsrail və regionda yerləşən digər tərəflərlə bağlı gərginlik, proseslərin daha da genişlənə biləcəyini göstərir. Amma mən düşünürəm ki, həmin dövlətlərin İrana qarşı addımları davam edərsə, İran konkret olaraq onların hərbi bazalarını hədəf ala bilər. Ona görə də böyük ehtimalla bu, genişmiqyaslı müharibəyə çevrilə bilər".O bildirib ki, əgər belə bir vəziyyət yaranarsa, bu, İran ilə ərəb ölkələri arasında deyil, daha çox İran ilə İsrail arasında baş verə biləcək qarşıdurma kimi qiymətləndirilə bilər:"Belə olan halda bunu İran və ərəb ölkələri arasında müharibə kimi dəyərləndirmək bir qədər çətindir. Müharibə artıq başlayıbsa, biz bilirik ki, bu prosesin hansı nəticələrə gətirib çıxara biləcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil".Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
36
demokrat.az

1Sources