EN

Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq?VİDEO

"Həzi Aslanov" stansiyasında yenidənqurma işləri ilin sonunadək başa çatacaq".

Xezerxeber.az xəbər verir ki, bunu Bakı Metropoliteni" QSC-nin Tikinti Layihələrinin İdarəedilməsi departamentinin rəisi Məmməd Rzayev  jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, "Həzi Aslanov" stansiyasının dalanında yenidənqurma işlərinin daha bir mərhələsi yekunlaşıb.Təmir işləri aparılan  dalan yolları, qatarların çevik idarə olunmasını, qısa intervallarla hərəkətini və texniki xidmətini təmin edən çoxfunksiyalı infrastruktur sahəsidir. Əvvəlki mərhələlərdə bu yollarda söküntü və işlərə hazırlıq məqsədilə müvəqqəti metal konstruksiyalar quraşdırılıb.

Məmməd Rzayev onu da əlavə edib ki, Metronun "28 May" stansiyasında da yeni tunellərin inşası üçün hazırlıq işləri tamamlanıb.

Qeyd edək ki, yol infrastrukturu  və divarlar boyunca kommunikasiya xətlərinin quraşdırılmasına  isə aprel ayından başlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
9
xezerxeber.az

1Sources