EN

Tramp: ABŞ İranın doqquz hərbi gəmisini batırıb » AzadMedia.az


ABŞ Prezidenti Donald Trump bildirib ki, Amerika qüvvələri İranın doqquz hərbi gəmisini məhv edərək batırıb. O, bu barədə Truth Social sosial şəbəkəsində yazıb.
Tramp qeyd edib ki, batırılan gəmilər arasında nisbətən böyük və strateji əhəmiyyətli hərbi dəniz vasitələri də var. Onun sözlərinə görə, ABŞ qüvvələri digər İran gəmilərini də hədəfə almaqda davam edir.
ABŞ lideri əlavə edib ki, zərbələr nəticəsində İran Hərbi Dəniz Qüvvələrinin qərargahı da ciddi şəkildə dağıdılıb.
Fevralın 28-də ABŞ və İsrail İran ərazisinə qarşı hərbi əməliyyata başlayıb. Vaşinqton bu addımı Tehranın nüvə proqramından imtina etməməsi ilə əsaslandırıb. Hücumlar zamanı ölkənin müxtəlif şəhərləri, o cümlədən paytaxt da hədəfə alınıb.
İran isə cavab olaraq İsrailə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Chosen
4
1
azadmedia.az

10Sources